Logo

"Nəcibə Axundovanın 34 nömrəli məktəbə direktor təyin olunması istisna haldır"

25.11.2022 17:27 1891 baxış
IMG

"45 nömrəli məktəbin direktorunun 34 nömrəli məktəbə direktor təyin olunması istisna haldır".

Tehsil.biz xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə deyib.

Nazir bildirob ki, məktəb direktoru təyin olunanda onun əvvəlki təcrübəsi nəzərə alınaraq məktəb tapılır:

"Yeni dövrdə adətən bir illik təyin olunur, sonra bu daha bir il uzadılır. Sonra isə nəticələrə baxılır. Direktorla bağlı neqativ hal olanda araşdırılır. Bu mənim üçün də, cəmiyyət üçün də səhv qərar deyil, istisnadır. Bütün hallarda belə olacaq deyə bir şey yoxdur. Hesab edirəm cəmiyyət bu qərarı anlayışla qarşılayacaq. Həmin direktorla söhbət aparılıb və o bundan nəticə çıxaracaq”.

Xəbər lenti